Reklam verin!
Aprel 20, 2008 12:22 tarixində, info tərəfindən, Bölməsiz bölməsində yazılib       Şərhlər(0)

konfrans"Dalğa"çılar bu suala cavab tapmaq üçün beynəlxalq konfrans təşkil etdi

 19 Aprel 2008-ci il tarixdə, saat 14.00-18.00-a qədər Ambassador hotelində, Almaniyanın Fridrix Ebert Fondunun və Azərbaycan Avrointeqrasiya üzrə Milli-İctimai Komitəsinin dəstəyi ilə Dalğa Gənclər Hərəkatı tərəfindən “Azərbaycanın Avropaya İnteqrasiyası Prosesində gənclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə müvafiq dövlət strukturlarının, beynəlxalq və yerli təşkilatların, o cümlədən, Qeyri-Hökumət Təşkilatların nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Eberd Fondunun Azərbaycan üzrə əlaqələndiricisi Rəşad Hüseynli ilk növbədə Dalğa Gənclər Hərəkatına belə bir təşəbbüslə çıxış etdikləri üçün təşəkkür etdi.

Davamı...
Mart 18, 2008 21:28 tarixində, info tərəfindən, Bəyannamə bölməsində yazılib       Şərhlər(0)

Biz Azadlığın dostları olaraq məramı azad fərd və azad cəmiyyət olan Dalğa Gənclər Hərəkatını başlatmışıq. Arzu edirik ki, hər kəs Azadlığa qovuşmağa dəstək verib, məqsədi azad fərd, məsuliyyətli vətəndaş və bütöv xalq şüuru olan, könüllülük, aşkarlıq və üzvlərin hüquq bərabərliyi əsasında yaradılan bu Dalğaya qoşulsun.
Biz bütün insanların xoşbəxtliyə canatma hüququnun olduğuna inanırıq. Buna görə də insana təbiətin bəxş etdiyi bütün nemətlərdən bərabər səviyyədə istifadə etməyə imkan yaradılmasını vacib hesab edirik. Insanın özünü hansı halda xoşbəxt hiss etdiyini onun özündən yaxşı heç kəs bilmədiyi üçün, biz insanların ümumi xoşbəxtlik meyarının məhz azadlıq olduğunu düşünürük. Azadlığın təmin olunması üçünsə bu meyarları əsas götürürük:

Davamı...
Mart 8, 2008 16:55 tarixində, info tərəfindən, Hesabat bölməsində yazılib       Şərhlər(0)
  • On the February 12, 2005 7 students of the Economic University came up with an initiative to establish a new youth movement.
  • From 17 February till 5 April more than 130 youth from different universities joined this initiative.
  • On April 5 an organization committee consisting from 41 persons was established and started its activities as the highest body.
  • On April 12, 2005 Ramin Hajili was elected as the chairman and Zinaddin Babaev as first deputy chairman of the organization committee.
  • On April 16, 2005 the new movement was given name of “Dalgha Youth Movement” and its emblem was accepted - two open angled triangles one in another with the meaning of free individual and free society.
Davamı...
Mart 8, 2008 8:30 tarixində, info tərəfindən, Hesabat bölməsində yazılib      
  • 12 fevral 2005-ci ildə İqtisad Universitetinin 7 tələbəsi tərəfindən yeni gənclər hərəkatının qurulması təşəbbüsü irəli sürülüb.
  • 17 fevraldan 5 aprelə qədər təşəbbüsə müxtəlif ali məktəblərdən 130-dan çox gənc qoşulub.
  • 5 aprel 2005-ci ildə 41 nəfərdən ibarət Təşkilat Komitəsi (TK) yaradılıb və ali orqan kimi fəaliyyətə başlayıb.
  • 12 aprel 2005-ci ildə gizli səsvermə yolu ilə Ramin Hacılı TK-nin sədri, Zinəddin Babayev isə TK sədrinin birinci müavini seçilib.
  • 16 aprel 2005-ci ildə yeni qurumun  «Dalğa Gənclər Hərəkatı» adlandırılması qərarı qəbul edilib. Dalğanın emblemi  azad fərd və azad cəmiyyəti özündə ehtiva edən iç-içə açıq bucaqlı üçbucaqlar şəklində qəbul edilib.
  • 22 aprel 2005-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Dalğa Gənclər Hərəkatı (GH) ictimaiyyətə Hərəkatın yaradılması və qarşıya qoyduğu məqsədlər barədə məlumat vermək üçün mətbuat konfransı keçirib.
Davamı...
Fevral 1, 2008 15:45 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib       Sən də şərh bildir(7)

31 yanvar  polissiz ötüşmədi

aksiya31 yanvar Rəsulzadənin doğum günü idi. Bu münasibətlə Dalğa Gənclər Hərəkatı Rəsulzadənin adı ilə bağlı olan 7 ayrı-ayrı yerdə simvolik aksiyalar keçirmək qərarına gəldi. Bu yerlər Bakı Dövlət Universiteti, Novxanı qəsəbəsinin girişindəki Rəsulzadə abidəsi, Rəsulzadə qəsəbəsinin girişi, İstiqlaliyyət küçəsindəki “İstiqlal abidəsi”, metronun 28 may stansiyası, Demokratiya bağı və nəhayət son 15 ildə abidəsinin qoyulacağı ilə bağlı tablo yerləşdirilmiş, lakin sonradan fontan quraşdırılmış Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində, Kukla Teatrı ilə üzbəüz balaca park idi. Lakin, aksiyaların başlamasına 2 saata yaxın vaxt qalmış, yəni 31 yanvar saat 11-12:00 radələrində gül almaq üçün gedən 3 Hərəkatçı – Ramin Hacılı, Pənah Əliyev, Rövşən Nəcəfov heç bir əsas gətirilmədən metronun sahil stansiyası yaxınlığındakı gül dükanlarının birisində saxlanılaraq Səbail Rayon 39-cu Polis İdarəsinə aparılmışlar.

Davamı...
Yanvar 25, 2008 15:57 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib       Şərhlər(0)

ResulzadeMəlum olduğu kimi 31 yanvar böyük mütəfəkkir və Azərbaycan Demokratik Cumhuriyyətinin banısı Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Dalğa Gənclər Hərəkatı həmin gün bir sıra aksiyalar keçirməyi planlaşdırır. Belə ki, 31 yanvar 2008-ci il saat 13:00-da Hərəkat fəalları Rəsulzadənin Novxanıda yerləşən heykəlinin önünə, 28 may metrosunun içərisində yerləşən Rəsulzadənin portretinin önünə, Rəsulzadənin adını daşıyan və Səbail rayonunda yerləşən küçəyə, Demokratiya (Sahil) bağına, Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində yerləşən və Rəsulzadənin heykəlinin qoyulması üçün nəzərdə tutulan yerə (həmin yerdə hazl-hazırda fontan tikilib), Bakı Dövlət Universitetinin önünə, Rəsulzadə qəsəbəsinin girişinə və İstiqlaliyyət küçəsində yerləşən “İstiqlaliyyət abidəsi”nin önünə tər güllər düzəcəklər. Bütün bunlarla yanaşı 13:00-da Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində yerləşən kiçik parkda “Açıq Hava Teatrı” təşkil olunacaq. 2008-ci ili Dalğa Gənclər Hərəkatı “Azadlıq və Həmrəylik İli” elan etmişdir. Buna müvafiq olaraq da Hərəkat hər kəsi 31 yanvar günü yaxalarına Rəsulzadənin şəklini asaraq şəhərin mərkəzində yerləşən “Fəvvarələr Bağı”nda və yaxınlıqda yerləşən Rəsulzadə küçəsində (Azərbaycan kinoteatrının ətrafı) gəzintiyə dəvət edir.Dalğa Gənclər Hərəkatı Rəsulzadənin adının əbədiləşdirilməsilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdir. Müraciət aşağıdakı kimidir: 

Davamı...
Yanvar 15, 2008 1:59 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib       Şərhlər(0)

Araz QasımovSədri isə Araz Qasımov əvəz edəcək

14 yanvar saat 15:00-da Dalğa Gənclər Hərəkatı (Dalğa GH) “RİA-Novosti” İnformasiya Agentliyinin konfrans zalında mətbuat konfransı keçirdi.
Konfransı giriş sözü ilə açan Vəfa Cəfərova ilk öncə “Söz Azadlığı Müdafiə Komitəsi”nin planlaşdırdığı mitinqlə bağlı elan edilmiş müsabiqə barədə danışdı. Vəfa Cəfərova Mitinq Təşkilat Komitəsinin üzvü kimi müsabiqəni, eləcə də mükafatlandırmanı Dalğa Gənclər Hərəkatının həyata keçirməli olduğunu bildirdi. Lakin, mitinqin Bakı Şəhər İcra Hakimiyyətinin qadağası səbəbindən baş tutmaması ilə əlaqədar olaraq, müsabiqədə qalib gəlmiş şəxslərin hədiyyələri onlara bu gün təqdim edildi. Ən yaxşı ssenariyə görə Elşən Poladlı müsabiqənin baş mükafatına, ən yaxşı şüar ideyasına görə Elçin Cəlilov ikinci yerə, ən yaxşı aksiya ideyasına görə isə Elnur Astanbəyli 3-cü yerə layiq görüldü.

Davamı...
Dekabr 29, 2007 22:10 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

Dalga“Bizi ayıran deyil, birləşdirən nöqtələri axtarmalıyıq”
  
   Dalğa Gənclər Hərəkatı Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan gəncliyinə ünvanlanmış müraciət yayıb. Mətni aşağıda diqqətinizə təqdim edirik.
  
      Gənclərin idealist və xəyalpərvər olması çox gözəldir. Gənc elə məhz belə də olmalıdır. İnamlı, ümidli, mübariz, gələcəyə istiqamətlənən xəyallar, azadlığa meyl, stereotiplərdən yaxa qurtarma cəhdi, temperamentli olmaq yaşından asılı olmayaraq, gənclik ruhunun göstəricisidir.
   2007-ci il başlayanda hər bir gəncin özünəməxsus istəklərini, xəyallarını gerçəkləşdirəcəyinə ümidləri vardı. Verilən vədlər, elan olunan imkanlar bizləri daha da həvəsləndirdi. Çox təəssüf ki, bütün vədlərin və “yaradılmış imkanların” imitasiya olduğu üzə çıxdı və gəncliyimizin depressiya və pessimizmə qapılması üçün zəmin yarandı. Növbəti 2008-ci ildə ümidlərin puç olmamasını, ruhumuzun bizə verdiyi imkanlardan maksimum yararlanmaq istəyindəyiksə, bizi ayıran deyil, birləşdirən nöqtələri axtarmalıyıq.

Davamı...
Dekabr 22, 2007 18:32 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib       Şərhlər(0)

su“Su şəffaflığın başlanğıcıdır!”

22 dekabr 2007-ci il, saat 14:00-dan 14:30-dək Dalğa Gənclər Hərəkatı (Dalğa GH) Bakı şəhəri, Yasamal rayonunda xeyriyyə aksiyası həyata keçirmişdir. Hərəkatçılar BDU-nin yataqxanasında məskunlaşmış məcburi köçkünlərə  vedrələrlə su daşımışlar. 7 nömrəli binanın sakinləri neçə illərdi su problemi yaşamaqdadır. Gənclər təxminən 400-500 metr uzaqlıqdan 5 mərtəbəli binanı bütün mərtəbələrinə “Su şəffaflığın başlanğıcıdır!” devizi ilə su daşımışdır.

Davamı...
Dekabr 15, 2007 7:33 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

DalgaDalğa GH həftə boyunca silsilə tədbirlər keçirir

QayNar: Dalğa Gənclər Hərəkatı 10 dekabr Ümumdünya İnsan Haqqları günü ilə bağlı dekabrın 10-dan 16-a qədər olan həftəni «İnsan Haqqları Həftəsi» elan etmişdir. Həftə ərzində müxtəlif tədbirlər və aksiyaların keçirilməsi nəzərdə tutulur.
 Həftənin ilk günü, yəni 10 dekabrda Hərəkatın mərkəzi ofisində Güney Azərbaycandan gəlmiş Zeytoon rock qrupunun iştirakı ilə müzakirə təşkil olunmuş, həmçinin qrupun insan haqqlarına həsr etdiyi musiqiləri dinləmişlər.
Həftənin ikinci günündə hərəkat üzvləri Avropa Evinin Bakı ofisində isə Dalğa GH-nın rəhbərliyi ilə Avropa Evinin Koordinatoru xanım İnqrid Angela Qössingerlə görüş keçirilib. Həmçinin  Azərbaycanda və dünyada fəaliyyət göstərən Beynəlxalq Təşkilatlara  ölkəmizdəki insan haqqlarının vəziyyəti ilə bağlı məlumat göndərilib. E-mail məktubun mətni  aşağıdakı kimidir:

Davamı...
Dekabr 10, 2007 18:24 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

Jurnalistlər və “Dalğa”çılar hakimiyyəti rüsvay etdilər
Bakıda sözlərini deməyə meydan verilməyənlər çöllərə üz tutdular
 
aksiya

Məlum olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyəti jurnalistlərin, azad sözün, insan haqlarının müdafiəsində dayanan şəxslərin dekabrın 8-də Ukrayna meydanında aksiya keçirməsinə imkan vermədi. Mitinq üçün Bibiheybət meydanını göstərən meriyanın bu davranışına isə təşkilatçılar etiraz edərək aksiyanı təxirə saldılar. Dünən isə Söz Azadlığını Müdafiə Komitəsinin və “Dalğa” Gənclər Hərəkatının təşkilatçılığı ilə Ələt çölündə “Yaşasın azad Azərbaycan çölləri!” şüarı altında etiraz aksiyası keçirildi.
İnsan haqlarının müdafiəsi ilə bağlı “Cressant Beach” hotelində keçirilən aksiyadan dərhal sonra təşkilatçılar daha öncədən kirayələnmiş avtobus və maşınlarla jurnalistləri, redaktorları, hüquq müdafiəçilərini Ələt çölünə apardılar. Təxminən 70 nəfərlik aksiyada iştirakçılar əllərində “Yaşasın azad Azərbaycan çölləri!”, “Azad fərd, məsuliyyətli vətəndaş!”, “Təhsildə rüşvət-gələcəkdə korrupsiyadır!” və “Biz terrora “yox!” deyirik!” sözləri yazılmış plakatlar tutmuşdular.
Davamı...
Dekabr 8, 2007 19:11 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

gorush

Həmməruzəçinin Azərbaycan gəncliyi ilə geniş tərkibli görüşü təşkil olunacaq

AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Bakıya gəlib. Səfər çərçivəsində bır sıra görüşlər keçirən həmməruzəçi şənbə günü DALĞA Gənclər Hərəkatının üzvləri ilə görüşüb.
Helsinki Vətəndaş Assambleyasının Bakıdakı ofisində baş tutan görüşdə hərəkatın sədri Vəfa Cəfərova, İH-nin üzvləri, ümumilikdə 14 DALĞAçı iştirak edib.
Görüşdə Azərbaycanda gənclər sektorundakı durum, tələbələrin əsas problemləri, o cümlədən

Davamı...
Noyabr 25, 2007 6:10 tarixində, info tərəfindən, Qalereya bölməsində yazılib       Şərhlər(0)
Noyabr 23, 2007 17:43 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

teatrDalğa Gənclər Hərəkatı
yeni mübarizə üsuluna əl atdı

Dalğa Gənclər Hərəkatı (Dalğa GH) inkişaf etmiş ölkələrdə yayılmış olan daha bir sivil mübarizə üsulunu öz fəaliyyətinə əlavə etmişdir. Belə ki, 4 noyabr 2007-ci ildə  Dalğa GH açıq hava teatrı təsis etmişdir. Bu teatr vasitəsi ilə biz  cəmiyyətdə baş verən mənfi və müsbət halları, insanların  cəmləşdiyi meydan və parklarda  səhnələşdirmək niyyətindəyik.

23 noyabr-da teatrın ilk tamaşı oldu

Davamı...
Noyabr 18, 2007 22:53 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      
DALGA

«Dalğa»nın növbəti aksiyası və həbslər

Davamı...
Noyabr 17, 2007 22:32 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

aksiyaAksiya iştirakçılarından 10 nəfəri polis idarəsinə aparılıb

Noyabrın 14-də «Dalğa» Gənclər Hərəkatı ekologiyanın çirklənməsi və tarixi irsimizin dağıdılmasına etiraz əlaməti olaraq Bakı şəhər İcra hakimiyyətinin qarşısında aksiya keçiriblər. "Hər kəsə bir ağac qoruyaq” şüarı altında keçirilən aksiyada gənclər icra hakimiyyətinin qarşısındakı dekorativ ağaclara su töküblər. Bu barədə Anspress-ə “Dalğa” Gənclər Hərəkatının media kordinatoru Cavid Ramazanov məlumat verib. “Hər gün hər birimiz şəhərimizdəki ekologiyanın çirklənməsi və tarixi irsimizin dağıdılmasının şahidi oluruq.

Davamı...
Noyabr 13, 2007 4:15 tarixində, info tərəfindən, Qalereya bölməsində yazılib       Şərhlər(0)
Oktyabr 19, 2007 15:51 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib       Şərhlər(0)

ABSBu gün “Dalğa” Gənclər Hərəkatının bir qrup üzvü eyni vaxtda  saat 15.00-da Türkiyə və ABŞ-ın Azərbaycandakı səfirliklərinin binaları qarşısında piket keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları ABŞ səfirliyinin binası qarşısında bu ölkənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı”nı tanıyan qətnamənin qəbuluna öz etirazlarını bildiriblər. Piketçilərə yaxınlaşan səfirliyin nümayəndəsi Con Polanşik qətnamə layihəsinin Nümayəndələr Palatasında təsdiqlənməyəcəyinə ümid etdiklərini söyləyib.

Davamı...
Oktyabr 9, 2007 0:31 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib       (2)

qyryltayGənclər hərəkatının yeni sədri xanım oldu

8 oktyabr 2007-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) saat 14:00-dan 16:00-a qədər Dalğa Gənclər Hərəkatının qurultayı keçirilmişdir. Mətbuata və cəmiyyətə açıq olan tədbirdə müxtəlif təşkilatların təmsilçiləri, ictimaiyyətin tanınmış nümayəndələri və KİV iştirak etmişdir.
Qurultayı açılış nitqi  ilə Dalğa Gənclər Hərəkatı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Səda Həsənova açmışdır. O, qeyd etmişdir ki, hal-hazırda qurultayın 1-ci hissəsi keçirilir və biz bu tədbirdə Dalğa Gənclər Hərəkatının növbəti bir il üçün sədrini və onun birinci müavinini seçəcəyik. Səda xanım son 1 ildə hərəkata sədrlik etmiş Ülvi Həsənliyə hesabat xarakterli çıxış üçün söz vermişdir. Ülvi Həsənli çıxışında bildirmişdir ki, onun rəhbərlik etdiyi dövrdə Dalğa əsasən özünün fundamental problem hesab etdikləri məsələlərə cəmiyyətin diqqətini çəkmək üçün orijinal aksiyalar həyata keçirmişdir:

Davamı...
Oktyabr 4, 2007 0:34 tarixində, info tərəfindən, Elanlar bölməsində yazılib       (2)

qurultay8 oktyabr 2007-ci ildə saat 14:00-dan 16:00-dək Dalğa Gənclər Hərəkatının (Dalğa GH) Beynəlxalq Mətbuat Mərkəzində (BMM) II qurultayı keçiriləcəkdir.

Qurultaya 91 Dalğa Gənclər Hərəkatı üzvü nümayəndə kimi müəyyənləşdirilmişdir. Qurultayda növbəti 1 (bir) il üçün sədr və onun birinci müavini gizli səsvermə yolu ilə seçiləcəkdir. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, səfirliklərin, gənclər təşkilatlarının və ictimaiyyətin tanınmış nümayəndələri dəvət olunmuşdur.

Davamı...
Oktyabr 3, 2007 14:59 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

logo 3 oktyabr 2007-ci il dahi Rus yazıçısı Sergey Yeseninin doğum günüdür. Bu münasibətlə Dalğa Gənclər Hərəkatı (Dalğa GH)  üzvləri  S.Yeseninin Mərdəkanda yerləşən, “Nəbatət bağı”ndakı “Yesenin xatirə muzeyin”i ziyarət etmişlər. Gənclər yaxalarına S. Yeseninin şəkillərini vurmuş, onun şeirlərindən oxumuş və barəsində danışmışlar.
Xatırladaq ki, Dalğa Gənclər Hərəkatının Mədəniyyət Departamenti dünya mədəniyyətinə, millətindən

Davamı...
Sentyabr 30, 2007 18:14 tarixində, info tərəfindən, Qalereya bölməsində yazılib       Şərhlər(0)
Sentyabr 29, 2007 17:11 tarixində, info tərəfindən, Qalereya bölməsində yazılib       Şərhlər(7)
Sentyabr 29, 2007 17:06 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

AksiyaEynulla Fətullayevin məhkəməsi günü onlar ağızlarını bağlayacaqlar

Məlum olduğu kimi, bir neçə gün əvvəl “Dalğa” Gənclər Təşkilatının üzvləri təhsildəki problemlərə etiraz məqsədilə Sahil bağında ayaqyalın aksiya keçirdilər. Polisin zorakılığı ilə müşayiət olunan aksiyadan sonra bölməyə aparılan gənclər bir neçə saatdan sonra sərbəst buraxıldılar. Gənclərin bundan sonra hansı etiraz aksiyaları keçirəcəyini öyrənmək üçün təşkilatın qurultaya hazırlıq üzrə komitəsinin rəhbəri Səda Həsənova ilə əlaqə saxladıq. Səda xanım öncə onu bildirdi ki, ayaqyalın keçirdikləri aksiya dünya mətbuatında səs-küyə səbəb olub. Türkiyə televiziyalarında, habelə əksər xəbər portallarında yer alan bu xəbər beynəlxalq rezonansa səbəb olub.

Davamı...
Sentyabr 29, 2007 16:20 tarixində, info tərəfindən, Haqqımızdakı yazılar bölməsində yazılib      

Sevinc TelmanqiziSevinc TELMANQIZI

Və ya Azərbaycan polisinin tərbiyə anlayışı

“Aaaaz, siz tərbiyəsizsiniz ey, tərbiyəsiz. Bütün günü şəhərdə veyil-veyil gəzirsiniz, ”Araz" çayxanasından çıxdığınız yoxdu, indi də guya təhsil almaq üçün ayaqyalın gəzirsiniz..."
Cavan polis deyinirdi, hər əli ilə bir qızı tutub “Torqovı” küçəsi ilə gedə-gedə gizli bir qürur da yaşayırdı bəlkə. Yanından keçən cavan şəhər uşaqları “sağ ol, polis, biz bir qız tapıb şəhərə gəzməyə çıxara bilmirik, bu isə ikisini aparır” deyəndə də, bığaltı gülürdü. “Qurban”larını öz əli ilə rəhbərliyə təhvil verəcəkdi. Nə vecinə?!
“Dalğa”çıların şəhərin mərkəzində ayaqyalın keçirdiyi gəzintidən gözümə ilişən insan mənzərəsi idi bu. Ən çox da yazının girişində yazdığım o cümlələr təsir etmişdi mənə. Polis Azərbaycan təhsilindəki özbaşınalıqlara, eybəcərliklərə etiraz etmək üçün küçələrə çıxan gəncləri “tərbiyəsiz” adlandırırdı. Səsləndiyi anda gənc dostlarımızın xətrinə dəydi bu söz.

Davamı...
Sentyabr 27, 2007 21:29 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib       Şərhlər(0)

Gənclərin unikal aksiyası hakimiyyəti qorxuya saldı 

Xəbər verdiyimiz kimi, dünən “Dalğa” Gənclər Hərəkatı təhsildə köklü islahatlar tələbi ilə ayaqyalın etiraz gəzintisi keçirməyi planlaşdırmışdı. Saat 15.00-də Sahil bağında başlanması nəzərdə tutulan aksiya barədə daha öncədən mətbuatda məlumat yer aldığından polis işçiləri hadisə yerinə hamıdan öncə gəlmişdi. Biz Sahil bağına (“Dalğa”çıların təbirincəsə, “Demokratiya bağı”na) çatanda saat 14.45 radələrini göstərirdi. Həmin vaxt Səbail rayon 39 və 9-cu polis bölməsinin əməkdaşları bağda qrup şəklində və ayrı-ayrı yerlərdə dayanmışdı. Polislər jurnalistlərlə fərdi söhbət zamanı bu tədbirin keçirilməsinə imkan verilməyəcəyini bildirdilər. Onların sözlərinə görə, formasından asılı olmayaraq, icazəsiz aksiyalar yolverilməzdir.

Davamı...
Sentyabr 27, 2007 21:06 tarixində, info tərəfindən, Bölməsiz bölməsində yazılib       (1)

aksiyaВопреки "потерям", активисты молодежного движения "Далга" совершили оригинальный марш-бросок по столице

Вчера в Баку состоялась ранее запланированная акция молодежного движения "Далга" ("Волна"). Как сообщила "Эхо" глава организационного комитета по подготовке съезда организации Сада Гасанова, небольшая группа активистов движения сумела пройти босиком по ранее установленному маршруту от парка Сахил до памятника Низами и обратно. В то же время она отметила, что большая часть пикетчиков была задержана сотрудниками правоохранительных органов на подходе к стартовой площадке митинг - шествия - парку Сахил. Приблизительно в 15.10 полицейские стали забирать молодых людей, приглашая их в припаркованные рядом 2 автомобиля. "Усиленные наряды полиции задержали около 10 активистов уже в самом начале акции в бывшем сквере 26 бакинских комиссаров, сообщает агентство "Туран". Тем не менее, другой группе молодежи удалось пройти определенный путь по Торговой. Однако и эта группа была остановлена полицией. По данным организаторов акции, задержаны около 20 человек. Они были доставлены в 39-е отделение полиции Сабаильского района. Согласно же данным полиции, задержаны всего 16 человек".

Davamı...
Sentyabr 26, 2007 20:51 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

aksiyaЧлены молодежной организации «Далга», участвующие в несанкционированной демонстрации протеста против коррупции в ВУЗах, задержаны полицией в среду в 15 часов, в сквере «Сахил».

 Как передает «Новости-Азербайджан», «Далга» провела короткое шествие по одной из дорожек этого сквера, называемого ими «Садом демократии». Молодежь выражала свой протест тем, что шагала босиком, сняв обувь, без всяких лозунгов и плакатов. Все участники акции были насильственно рассажены по полицейским машинам и увезены в отделение полиции.

Davamı...
Sentyabr 26, 2007 17:54 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

Dalga17 DALĞAÇI HƏBS OLUNDU

Bir neçə saat  39-cu bölmədə saxlanılan gənclər izahat alınandan sonra sərbəst buraxılıblar

Bölmədən çıxan gənclər yenidən ayaqyalın aksiyalarını davam etdiriblər

   26 sentyabr, saat 15-00 radələrində Dalğa Gənclər Hərəkatının üzvləri korrupsiyaya bulaşmış Azərbaycan təhsil sistemində köklü islahatların keçirilməsi tələbi ilə Demokratiya bağında ayaqyalın (ayaqqabısız) aksiya keçirərək, ictimaiyyətin diqqətini bu problemlərə celb etməyə çalışmışdır. Aksiya iştirakçıları polis zorakılığı ilə üzləşiblər. Aksiyanın başlamasına imkan verməyən polis, zor tətbiq edərək gəncləri polis maşınları ilə 39-cu bölməyə aparıb. Aksiyanı izləyən jurnalistlər də zorakılığa məruz qalıb. Polislərin müdaxiləsinə baxmayaraq, Dalğaçı gənclərin bir çoxu aksiyanı Nizami küçəsilə davam etdirmişdir. Səbinə Abdullayevanın rəhbərlik etdiyi qrup aksiyanı sona çatdıra bilmişdir. 

Davamı...
Sentyabr 26, 2007 16:39 tarixində, info tərəfindən, Haqqımızdakı yazılar bölməsində yazılib       (1)

VafaVafaVəfa CƏFƏROVA
vafadj@gimail.com

Günlərin bir günü mən və  bir neçə həmkarım mübahisə edirdik. Mövzu bugünkü gənclər idi. Həmkarlarım məni pessimizmə qapılmaqda, hər şeyin mən təsvir etdiyim qədər qara tonlarda olmadığını sübut etməyə çalışırdılar.

Mən isə, bizim gəncliyin son dərəcə bisavad, özündən razı bir avara adamlar  kütləsi adlandırırdım. Və sözümə qüvvət kimi, bir balaca sorğu çekirməyi təklif etdim. Birlikdə 4 ən elementar sual tərtib etdik. Almanyanın paytaxtı hansı şəhəri, “Hamlet” faciəsini və “Fərhad və Şirin” poemasının müəllifi, Federikko Felini kim olub bestekar yoxsa rejisser. Bu sualla hərəmiz ayrı - ayrı dövlət universitetlərinə yollandıq. Mənə öz Azərbaycan Dövlət və İncəsənət Universitem düşmüşdü. Nəticə məni heç təəcübləndirmədi. Sən demə Almanyanın paytaxtı Bonn  şəhəriymiş, Federikko Fellini isə bəstəkar hətta cazmen olub.Fərhad və Şirini Nizami yazıb. Nə isə çox təəsüf ki, qalan üç universitetdə də eyni şey təkrar olunmuşdu.  Düzünü desəm haqlı olmam meni heç sevindirmədi. Bizim təhsilin bərbad olması heç kim üçün sirr deyil. Amma ən adi suallarda universitet tələbələrinin belə axsamasına bir ad qazandırmaq olmur. Kimdi  Azərbaycan gəncliyi? Nə istəyirlər onlar? Məqsədləri nədi?

Davamı...

  Yazılar cəmi: 68    Sonrakı səhifə »