3 oktyabr 2007-ci il dahi Rus yazıçısı Sergey Yeseninin doğum günüdür. Bu münasibətlə Dalğa Gənclər Hərəkatı (Dalğa GH) üzvləri S.Yeseninin Mərdəkanda yerləşən, “Nəbatət bağı”ndakı “Yesenin xatirə muzeyin”i ziyarət etmişlər. Gənclər yaxalarına S. Yeseninin şəkillərini vurmuş, onun şeirlərindən oxumuş və barəsində danışmışlar.
Xatırladaq ki, Dalğa Gənclər Hərəkatının Mədəniyyət Departamenti dünya mədəniyyətinə, millətindən
asılı olmayaraq töhvələr verən insanları müxtəlif tədbirlərlə yaşatmağa çalışır, gəncləri bəşəriyyətin inkişafına xidmət edən insanları daim örnək almağa çağırır.
QayNar
Dalğa Gənclər Hərəkatı (Dalğa GH) 12 Fevral 2005 – ci ildə yaradılıb. Yarandığı qısa müddət ərzində 100 – dan çox gənci öz ətrafında toplamışdır. Dalğa GH mərkəzi Bakı şəhərində yerləşir və Gəncə şəhərində isə nümayəndəliyi fəaliyyət göstərir. Hal – hazırda Hərəkatın Bakı, Gəncə, Qax, Bərdə və digər regionlarda 200 – dan çox üzvü vardır. Dalğa GH qeyri hökumət və mənfəət güdməyən təşkilatdır.