Reklam verin!
Noyabr 23, 2007 17:43 tarixində, info tərəfindən, Xəbərlər bölməsində yazılib      

teatrDalğa Gənclər Hərəkatı
yeni mübarizə üsuluna əl atdı

Dalğa Gənclər Hərəkatı (Dalğa GH) inkişaf etmiş ölkələrdə yayılmış olan daha bir sivil mübarizə üsulunu öz fəaliyyətinə əlavə etmişdir. Belə ki, 4 noyabr 2007-ci ildə  Dalğa GH açıq hava teatrı təsis etmişdir. Bu teatr vasitəsi ilə biz  cəmiyyətdə baş verən mənfi və müsbət halları, insanların  cəmləşdiyi meydan və parklarda  səhnələşdirmək niyyətindəyik.

23 noyabr-da teatrın ilk tamaşı oldu


Ilk açıq hava teatrında, vətəndaşlarımızın  ən çox üzləşdiyi  problemlərdən biri olan məhkəmə hakimiyyətinin obrazını yaratmışıq.  23 noyabr 2007-ci ildə səhnələşdirilən ilk tamaşada Azərbaycanın imicinin aşağı düşməsinə səbəb olan və jurnalistlərin həbsi ilə nəticələnən məhkəmə qərarlarına etiraz edilmişdir. Biz hesab edirik ki,  bu cür sivil və ironik üsullarla insanların təməl haqlarının   pozulmasına etiraz etmək çox vacibdir. Əks təqdirdə insanlar hüquqlarının müdafiəsi üçün daha radikal üsullara əl atacaq ki, bu da, ölkəmiz üçün arzuolunmaz vəziyyətə gətirib çıxardar.
Bu gün saat 14:30-da Demokratiya Bağında (Sahil bağı) toplaşan hərəkatçılar açıq havada 10 dəqiqəlik teatr tamaşası sərgiləyiblər. Bununla da DALĞAçılar yenicə təsis etdikləri "Açıq Hava" Teatrının ilk tamaşasını elə məhz, açıq havada da nümayiş etdiriblər. Tamaşanın mövzusunu jurnalistlərin məhkəməsi təşkil edib. Müttəhimlər kürsüsündə Mirzə Sakit, Eynulla Fətullayev və Qənimət Zahid olub, ittihamçı tərəf isə reallıqda olduğu kimi  hakimiyyət olub.  10 dəqiqə davam edən tamaşa polisin müdaxiləsi olmadan və ətrafdakı insanların maraqla izləməsiylə sona çatıb. Daha doğrusu, tamaşa gedən əraziyə polis yaxınlaşsa da nə baş verdiyini anlaya bilməyib, gənclər isə "burada film çəkilir" deyə onları inandıra bilmişlər.
Tamaşa bitəndən sonra isə DALĞAçılar Xaqani 33-də yerləşən "Azadlıq" qəzetinin və Turan İnformasiya Agentliyinin keçmiş binasına yaxınlaşmış, qapılara Mirzə Sakitin, Eynulla Fətullayevin və Qənimət Zahidin şəkillərini, o cümlədən "pressa" yazılmış plakatlar asmış, orada simvolik qəbir düzəltmiş, bununla da Azərbaycanda azad sözə ölüm hökmü kəsildiyini diqqətə çatdırmışlar.
Qeyd edək ki, aksiya həm də Xaqani 33 ünvanında yerləşən qəzetlərin polis gücüylə oradan çıxarılmasının ildönümünə həsr olunmuşdu. Ötən il 24 noyabrda axşam satlarında hakimiyyət bu ünvana polis yeridərək, zorla redaksiyaları çölə atmışdı



Şərh yazma qapalıdır.