Həmməruzəçinin Azərbaycan gəncliyi ilə geniş tərkibli görüşü təşkil olunacaq
AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Bakıya gəlib. Səfər çərçivəsində bır sıra görüşlər keçirən həmməruzəçi şənbə günü DALĞA Gənclər Hərəkatının üzvləri ilə görüşüb.
Helsinki Vətəndaş Assambleyasının Bakıdakı ofisində baş tutan görüşdə hərəkatın sədri Vəfa Cəfərova, İH-nin üzvləri, ümumilikdə 14 DALĞAçı iştirak edib.
Görüşdə Azərbaycanda gənclər sektorundakı durum, tələbələrin əsas problemləri, o cümlədən
DALĞAnın gördüyü işlər və üzləşdiyi problemlər müzakirə olunub. Bununla belə, müzakirə zamanı ölkədəki ümumi vəziyyət, söz azadlığı və sərbəst toplaşma hüququ sahəsindəki problemlərə də toxunulub.
Cənab Herkel DALĞA GH-nin fəaliyyətini maraqla izlədiyini, əməkdaşlıqda maraqlı olduğunu və görüşdən məmnun qaldığını dilə gətirib.
DALĞA GH-nın Azərbaycan gənclərinin geniş tərkibi ilə görüş təklifini də A.Herkel razılıqla qarşılayıb və növbəti səfərində mütləq bu məsələni proqrama daxil edəcəyini bildirib.


Dalğa Gənclər Hərəkatı (Dalğa GH) 12 Fevral 2005 – ci ildə yaradılıb. Yarandığı qısa müddət ərzində 100 – dan çox gənci öz ətrafında toplamışdır. Dalğa GH mərkəzi Bakı şəhərində yerləşir və Gəncə şəhərində isə nümayəndəliyi fəaliyyət göstərir. Hal – hazırda Hərəkatın Bakı, Gəncə, Qax, Bərdə və digər regionlarda 200 – dan çox üzvü vardır. Dalğa GH qeyri hökumət və mənfəət güdməyən təşkilatdır.