31 yanvar polissiz ötüşmədi
31 yanvar Rəsulzadənin doğum günü idi. Bu münasibətlə Dalğa Gənclər Hərəkatı Rəsulzadənin adı ilə bağlı olan 7 ayrı-ayrı yerdə simvolik aksiyalar keçirmək qərarına gəldi. Bu yerlər Bakı Dövlət Universiteti, Novxanı qəsəbəsinin girişindəki Rəsulzadə abidəsi, Rəsulzadə qəsəbəsinin girişi, İstiqlaliyyət küçəsindəki “İstiqlal abidəsi”, metronun 28 may stansiyası, Demokratiya bağı və nəhayət son 15 ildə abidəsinin qoyulacağı ilə bağlı tablo yerləşdirilmiş, lakin sonradan fontan quraşdırılmış Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində, Kukla Teatrı ilə üzbəüz balaca park idi. Lakin, aksiyaların başlamasına 2 saata yaxın vaxt qalmış, yəni 31 yanvar saat 11-12:00 radələrində gül almaq üçün gedən 3 Hərəkatçı – Ramin Hacılı, Pənah Əliyev, Rövşən Nəcəfov heç bir əsas gətirilmədən metronun sahil stansiyası yaxınlığındakı gül dükanlarının birisində saxlanılaraq Səbail Rayon 39-cu Polis İdarəsinə aparılmışlar.
Dalğa Gənclər Bu haqda xəbər tutan digər Dalğaçılar aksiyanın texire salmamağı qərara almışlar. Saat 13:00-da Hərəkatçılar öncədən planlaşdırıldığı kimi iştirakçılardan 1 nəfər üzünə M.Ə.Rəsulzadənin maskasını taxaraq öndərin heykəliymiş kimi fontanın yanında dayanıb. Bu zaman ona yaxınlaşan Dalğaçılar “heykəl”in ayaqlarına altına güllər düzmüş, onun xatirəsini yad etmişlər. Dalğaçılar eyni zamanda fontana da gül ləçəkləri və güllər ataraq, burada əslində Rəsulzadə abidəsinin ucalmalı olduğunu və bu gün buranın güllərlə əhatələnməli olduğunu bildirmək istəmişlər. Dalğaçılar gülləri düzdükdən sonra oraya yaxınlaşan polis nəfərləri 9 nəfər Dalğaçını Səbail rayon 9-cu Polis Bölməsinə aparmışlar. Sonra isə daha iki nəfər həmin yerə gül qoyduqları üçün Polis İdarəsinə gətirilmişlər. Çox keçməmiş iki nəfər də polis bölməsinə gətirilmişdir. Beləliklə, 14:30-da Səbail Rayon 9-cu Polis Bölməsində saxlanılan gənclərin sayı 13 nəfər olmuşdur. Saat 16:00 radələrində isə öncədən saxlanılmış 3 Dalğaçı – Rövşən Nəfəcov, Pənah Əliyev və Ramin Hacılı sərbəst buraxılmışlar. 9-cu Polis bölməsində saxlanılan 7 Dalğaçı və digər 6 gənc isə saat 17:30-a qədər orada saxlanılmışlar. ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri həmin vaxt 9-cu Polis Bölməsinin rəisi Həsən Abdullayevlə görüşmüş və gənclərin sərbəst buraxılmasını istəmişlər. Saat 17:30-da 7 Dalğaçı və Turqut Qəmbər Səbail Rayon Məhkəməsinə aparılmış, digər gənclər isə Səbail Rayon 9-cu Polis Bölməsindən sərbəst buraxılmışlar. Saat 19:30-da Məhkəmə Prosesi başlamış və 8 gəncin hər birinə İnzibati Xətalar Məcəlləsinin 301 və 310-cu maddəsilə yazılı xəbərdarlıq edilmişdir. Xəbərdarlığa görə bu gənclərdən hər hansı biri bir il ərzində analoji hal ilə saxlanılarsa həmin şəxsi cərimə və ya 15 sutkalıq inzibati cəza gözləyir.
Hərəkatının sədri, hazırda təhsili ilə bağlı Gürcüstanda olan Vəfa Cəfərova bu gün Hərəkat üzvlərinin həbs olunmasına etiraz olaraq, Tbilisidə təhsil aldığı universitetin (GİPA-Georgian İnstute Publik Affers) qarşısında qar üzərində ayaqyalın aksiya həyata keçirib. Aksiyadan şəkillər Fotosessiyaya əlavə olunur










Vəfa Cəfərovanın Gürcüstanın paytaxtında keçirdiyi etiraz aksiyası



Dalğa Gənclər Hərəkatı (Dalğa GH) 12 Fevral 2005 – ci ildə yaradılıb. Yarandığı qısa müddət ərzində 100 – dan çox gənci öz ətrafında toplamışdır. Dalğa GH mərkəzi Bakı şəhərində yerləşir və Gəncə şəhərində isə nümayəndəliyi fəaliyyət göstərir. Hal – hazırda Hərəkatın Bakı, Gəncə, Qax, Bərdə və digər regionlarda 200 – dan çox üzvü vardır. Dalğa GH qeyri hökumət və mənfəət güdməyən təşkilatdır.
Men Sizi sevirem.... Halaldi
Fevral 1, 2008 22:43