Reklam verin!
Mart 8, 2008 8:30 tarixində, info tərəfindən, Hesabat bölməsində yazılib      
  • 12 fevral 2005-ci ildə İqtisad Universitetinin 7 tələbəsi tərəfindən yeni gənclər hərəkatının qurulması təşəbbüsü irəli sürülüb.
  • 17 fevraldan 5 aprelə qədər təşəbbüsə müxtəlif ali məktəblərdən 130-dan çox gənc qoşulub.
  • 5 aprel 2005-ci ildə 41 nəfərdən ibarət Təşkilat Komitəsi (TK) yaradılıb və ali orqan kimi fəaliyyətə başlayıb.
  • 12 aprel 2005-ci ildə gizli səsvermə yolu ilə Ramin Hacılı TK-nin sədri, Zinəddin Babayev isə TK sədrinin birinci müavini seçilib.
  • 16 aprel 2005-ci ildə yeni qurumun  «Dalğa Gənclər Hərəkatı» adlandırılması qərarı qəbul edilib. Dalğanın emblemi  azad fərd və azad cəmiyyəti özündə ehtiva edən iç-içə açıq bucaqlı üçbucaqlar şəklində qəbul edilib.
  • 22 aprel 2005-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Dalğa Gənclər Hərəkatı (GH) ictimaiyyətə Hərəkatın yaradılması və qarşıya qoyduğu məqsədlər barədə məlumat vermək üçün mətbuat konfransı keçirib.

  • 6 may 2005-ci ildə hüquq müdafiəçiləri Rəna və Murad Sadəddinovlarla görüş keçirilib.
  • 11 may 2005-ci ildə hüquq müdafiəçisi Leyla Yunusla görüş keçirilib.
  • 15 may 2005-ci ildə hüquq müdafiəçiləri ilə görüşlərin nəticəsi olaraq, Hərəkat fəalları tələbələrin hüquqlarını qorumaq üçün Tələbələrin Hüquqlarını Müdafiə Komitəsi yaradıb.
  • 25 may 2005-ci ildə üzərində tələbələrin hüquqları yazılmış «Hüquqlarını bil və onları qorumağa çalış» başlıqlı 20 min vərəqə 56 hərəkatçı tərəfindən Bakı şəhərində yerləşən bütün ali təhsil ocaqları qarşısında tələbələrə paylanmışdır.
  • Aksiya zamanı Hərəkatın sədri Ramin Hacılı, fəalları Şəbnəm Abdullazadə,  Zeynal Eldarlı, Həmid Çərkəzov, Valeh Müzəffərli və Elçin Məmmədov  polis tərəfindən saxlanılıb. Yerli və beynəlxalq təşkilatların, KİV nümayəndələrinin səyləri nəticəsində 7 saat sonra saxlanılanlar ifadələri alınaraq, azadlığa buraxılıb.
  • 30 may-30 iyun 2005-ci ildə Bakıdakı ali məktəb tələbələri  arasında sorğu keçirilib. Sorğu nəticəsində tələbələrin əsas problemlərinin rüşvət, hüquqlarının müəllimlər və universitet rəhbərliyi tərəfindən pozulması  olduğu aşkarlanıb. Sorğuda həmçinin əsas rüşvətxor müəllimlərin adları tələbələr tərəfindən qeyd edilib.
  • 31 may 2005-ci ildə Dalğa Gənclər Hərəkatının sədri Ramin Hacılı və beynəlxalq əlaqələr üzrə koordinatoru Ayan Musayeva ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə görüşüb.
  • 8 iyunda ATƏT/DTİHB Tələbatların Qiymətləndirilməsi Missiyası QHT-lərlə görüş çərçivəsində Dalğa Gənclər Hərəkatının rəhbərliyi ilə də görüşüb. Bu ATƏT-in hesabatında öz əksini tapıb (17 iyun 2005).
  • 19 iyun 2005-ci ildə Dalğa Gənclər Hərəkatının fəalları «Patriarxizmə yox« şüarı yazılmış afişanı Bakının mərkəzində yerləşən Fəvvarələr bağında, hər kəsin gördüyü yerdə asaraq, Azərbaycanda hökm sürən feodal ailə münasibətlərinə, bu münasibətlərin cəmiyyətin bütün sferalarında - siyasətdə, iqtisadiyyatda, ictimai münasibətlərdə dominatlıq etməsinə etirazını bildirib.
  • 1 iyul 2005-ci ildə Hərəkatın saytı fəaliyyətə başlayıb (www.dalga.com).
  • 4 iyul  2005-ci ildə Dalğa Gənclər Hərəkatı Təhsil Nazirliyinə ali məktəblərdə insan haqları dərsinin keçirilməsi təklifi ilə müraciət edib.
  • 19 iyul 2005-ci ildə Dalğa Gənclər Hərəkatının sədri Ramin Hacılı Gəncəyə səfər edərək, yerli nümayəndələrlə birlikdə Gələcəyə Körpü, Transparency-Gəncə, Müstəqil Gənclər Mərkəzi, Helsinki Vətəndaş Assambleyası Qərb Bölgəsi nümayəndəliyi, İREK-Gəncə, Gəncə Təhsil Məlumat Mərkəzi (Soros) və başqa qurumlarla görüşlər keçirib. Görüşdə gənclərin problemlərinin həlli istiqamətində qarşılıqlı əməkdaşlığın bundan sonra daha da dərinləşməsı qərara alınıb.
  • 19 iyul 2005-ci ildə Gəncə Təhsil Məlumat Mərkəzində (Soros) Təhsil Könüllüləri layihəsinin təqdimatı və ilk seminarı olub. Bu seminar yerli  «Alternativ» telekanalı və mətbuat tərəfindən geniş işıqlandırılıb.
  • 25 iyul 2005-ci ildə saat 16:00-dan 18:00-dək İREK-in təşkilatçılığı ilə www.iatp.az saytında tələbələrin iştirakı ilə forum keçirilib. Forumun mövzusu «İnsan Haqları» dərsinin ali məktəblərdə tədris edilməsinin vacibliyi bildirilib.
  • 2-4 avqust 2005-ci ildə Dalğa Gənclər Hərəkatının 10 Təhsil Könüllüsü Qax rayonunda 2 günlük seminar-treninq təşkil edib.
  • 29-30 avqust 2005-ci ildə Təhsil Könüllüləri layihəsi çərçivəsində  Dalğa Gənclər Hərəkatının 10 üzvü Gəncə, Samux, Xanlar və Şəmkirdə seminar-treninqlər təşkil edib.
  • 29 avqustda Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü münasibəti ilə Gəncə şəhəri   1 saylı  uşaq evində görüş təşkil olunub.
  • 5 sentyabr 2005-ci ildən etibarən gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə müxtəlif əyləncəli tədbirlər keçirilməsi qərara alınıb.
  • 11 sentyabr 2005-ci ildə «Terrora yox deyirik!» şüarı ilə Dalğa Gənclər Hərəkatının üzvləri ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında əklil qoyub və məlum 11 sentyabr hadisələrini pisləyən bəyanatla çıxış edib.
  • 17 sentyabr 2005-ci ildə tələbələrlə ictimai xadimlərin ünsiyyətini təşkil etmək üçün Dalğa Gənclər Hərəkatının tərkibində İctimai-Fəlsəfi Klub təsis edilib.
  • 20 sentyabr 2005-ci ildə Hərəkatın qurucularından Ramin Hacılı və Elçin Məmmədov təhsil aldıqları Azərbaycan Dövlət İqtisad Universitetindən xaric edilib. Heç bir hüquqi əsas olmadığı üçün  universitet rəhbərliyi bir gün sonra qərarını dəyişib.
  • 27 sentyabr 2005-ci ildə BMM-də Dalğa Gənclər Hərəkatının yeni kampaniyası - «Təhsildə Rüşvətsiz 1 il» çərçivəsində görüləcək işlər, təhsildə rüşvətə qarşı atılan və atılacaq addımlar barəsində ictimaiyyətə məlumat verib. Tədbirdə Hərəkatın 5000 tələbə arasında keçirdiyi sorğunun nəticələri açıqlanıb.
  • 10 oktyabrda Dalğa Gənclər Hərəkatının ilə LİNKS Beynəlxalq Təşkilatı nümayəndələri arasında görüş təşkil edilib və əməkdaşlıq imkanları müzakirə olunub.
  • 16 oktyabr 2005-ci ildə LİNKS Beynəlxalq Təşkilatının Cresent Beach Otelində «Parlament seçkiləri və gənclər» mövzusunda keçirdiyi tədbirdə Dalğa Gənclər Hərəkatının 12 nəfərlə təmsil olunub.
  • 18 oktyabr 2005-ci ildə Dalğa Gənclər Hərəkatının 70 tələbə üzvü üzərinə «Rüşvətsiz Təhsil» yazılmış parçaları alnına və qoluna bağlayaraq, Fəvvarələr bağında 2 saatlıq aksiya keçirib. Aksiyanın sonuna yaxın 7 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb və 3 saat sonra ifadələri alınaraq, sərbəst buraxılıb.
  • 5 noyabr 2005-ci ildə Azərbaycan Respublikası parlamentinə keçirilən seçkilərdə Dalğa Gənclər Hərəkatı «İnamlı Səs» QHT Koalisiyası çərçivəsində iki dairədə exit-poll keçirib, yüzdən çox hərəkatçı müstəqil müşahidəçi qismində və 16 nəfər məşvərətçi səs hüququ ilə seçki prosesində aktiv iştirak edib.
  • 10 noyabr 2005-ci ildə Dalğa Gənclər Hərəkatı təhsildə rüşvətə qarşı mübarizə kampaniyası çərçivəsində Transpearency-Azerbaijan, Amerika Hüquqşunaslar Assosiasiyası (ABACELLI) və başqa yerli və xarici təşkilatlarla əməkdaşlığa başlayıb.
  • 21 noyabr 2005-ci il Dalğa Gənclər Hərəkatının qurucularından olan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Emin Hüseynov  ictimai fəallığına görə universitetdən xaric edilib.
  • 2 dekabr 2005-ci ildə təhsildə rüşvət halları ilə bağlı müraciətlərin qəbulu üçün Dalğa Gənclər Hərəkatının qaynar xətti fəaliyyətə başlayıb.
  • 23 dekabr 2005-ci il qış imtahanlarının monitorinqinin təşkilində Dalğa Gənclər Hərəkatına imkan yaradılması üçün Təhsil Nazirliyinə müraciət edilib.
  • 24 dekabr 2005-ci ildə aparılan mübarizə və hüquq müdafiəçilərinin, xüsusən də, Çingiz Qənizadənin səyləri, həmçinin KİV və beynəlxalq təşkilatların dəstəyi nəticəsində Emin Hüseynovun hüquqları bərpa edilib.
  • 29 dekabr 2005-ci ildə Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin hesabatı açıqlanıb, qış imtahanları ərəfəsində və imtahanların gedişində Dalğa Gənclər Hərəkatının görəcəyi işlər barədə  mətbuata məlumat vermək məqsədi ilə BMM-də tədbir keçirilib.
  • 1 yanvardan 1 fevraladək qış imtahanlarının monitorinqini həyata keçirmək üçün  müxtəlif ali məktəblərdə Dalğa Gənclər Hərəkatının üzvləri imtahanların gedişini izləyib.
  • 6 yanvar 2006-cı ildə Dalğa Gənclər Hərəkatının sədri Ranim Hacılı və Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Elvin Kazımlı təhsil naziri ilə görüşərək, öz təkliflərini verib.
  • 12 fevral 2006-cı ildə «Half Way İnn» restoranında Dalğa Gənclər Hərəkatının 1 yaşı qeyd olunub.
  • 23 fevral 2006-cı il Açıq Cəmiyyət İnstitutunun «İSSR PLAZA» otelində təşkil etdiyi tədbirdə Dalğa Gənclər Hərəkatının sədri Ramin Hacılı «Təhsildə rüşvətə qarşı mübarizəni necə aparılmalı?» mövzusunda məruzə edib.  
  • 25 fevral 2006-cı ildə www.xocalı.com saytının təqdimatı olub.
  • 26 fevral 2006-cı ildə «Kopellhouse»da (Alman-Azərbaycan  Mədəniyyət  evi) Dalğa Gənclər Hərəkatı Xocalı soyqırımı ilə bağlı tədbir təşkil edib, tədbirdən sonra isə «Niyə susuruq?»  devizi ilə şəhərin mərkəzində aksiya keçirib. Aksiyada əcnəbi vətəndaşlara Xocalı soyqırımını özündə ehtiva etdirən fotolar paylanıb.
  • 17 aprel 2006-cı ildə Ramil Səfərovun hüquqlarının müdafiəsi məqsədi ilə 22 apreldə «Qələbə» kinoteatrının qarşısındakı meydanda mitinqin təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.
  • 18 aprel 2006-cı ildə müəllimlərin əmək haqlarının artırılması üçün  Azərbaycan Respublikası Prezidentinə müraciət edilib.
  • 20 aprel 2006-cı ildə Bakı şəhəri İcra Hakimiyyəti heç bir əsas gətirmədən mitinqə icazə verməyib və Hərəkatın rəhbərliyi Bakı şəhəri Baş Polis İdarəsinə çağrılıb. İdarədə onlara icazəsiz mitinqin keçirilməməsi üçün xəbərdarlıq edilib.
  • 24 aprel 2006-cı ildə Ramil Səfərovun hüquqlarının müdafiəsi məqsədi ilə 29 apreldə «Qələbə» kinoteatrının qarşısındakı meydanda mitinqin təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. Xəbərdarlıq məktubunda mitinqin ssenarisi əksini tapıb.
  • 24 aprel 2006-cı ildə «Təhsildə rüşvətsiz  1 il« kampaniyası çərçivəsində BMM-də tədbir keçirilib. Bu tədbirdə rüşvət almayan 18 müəllimin adı ictimaiyyətə açıqlanıb.
  • 28 aprel 2006-cı ildə Bakı şəhəri İcra Hakimiyyəti heç bir əsas gətirmədən mitinqə icazə verməyib və Hərəkatın rəhbərliyi Bakı şəhəri Baş Polis İdarəsinə çağrılıb. İdarədə onlara icazəsiz mitinqin keçirilməməsi üçün xəbərdarlıq edilib.
  • 3  may 2006-ci ildə metrolara və insanların gur olduğu yerlərə «Rüşvətsiz təhsil» yapışqanları vurulub.
  • 6 may 2006-cı ildə Demokratiya ( Sahil ) bağında Dalğa Gənclər Hərəkatının bir qrup üzvü simvolik aksiya keçirib. Aksiya zamanı üzərində «Rüşvət öldü» yazılmış tabut insanların gur olduğu yerə qoyulub və üzərinə güllər düzülüb. Bununla cəmiyyətə «rüşvəti öldürmək» təklif olunub. Aksiyanın sonunda üç nəfər hərəkatçı polis tərəfindən saxlanılsa da, sonradan azad edilib.
  • 10 may 2006-cı ildə Dalğa Gənclər Hərəkatı Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov barəsində məhkəməyə şikayət ərizəsi göndərib. Ərizədə Hərəkatın mitinq keçirməklə bağlı BŞİH-nə ünvanladığı xəbərdarlıq məktubuna heç bir əsas gətirilmədən icazə verilməməsi, bununla da sərbəst toplaşma azadlığı haqqında qanunun pozulması, vəzifə səlahiyyətlərindən sui istifadə edilməsi əsas göstərilib.
  • 13 may 2006-cı ildə Dalğa Gənclər Hərəkatı nın geniş toplantısı keçirilib, toplantıda qadınlarla iş üzrə departament yaradılıb və rəhbəri Əsmər Ramazanova seçilib. Toplantıda həmçinin qərara alınıb ki, «Təhsil haqqında» yeni qanun layihəsinin hazırlanmasında və ictimai müzakirəsində aktiv iştirak etmək üçün təkliflər paketi hazırlanaraq, parlamentə təqdim edilsin. Bu istiqamətdə işləyəcək xüsusi komissiya yaradılıb.
  • 17 may 2006-cı ildə Norveçin Konstitusiya günü ilə bağlı tədbirdə Dalğa Gənclər Hərəkatının sədri Ramin Hacılı iştirak edib.
  • 20 may 2006-ci ildə Dalğa Gənclər Hərəkatının yahoogroups-u yaradılıb: dalga-gh@yahoogroups.com
  • 26 may 2006-cı ildə Hərəkatın tələbələr arasında keçirdiyi sorğu nəticəsində adları  rüşvətdə hallanan 42 müəllimin siyahısı tərtib edilib və Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.
  • 28 may 2006-cı ildə Dalğa Gənclər Hərəkatı ölkəmizdə fəaliyyət göstərən digər gənclər təşkilatları ilə birlikdə Respublika Günü münasibəti ilə M.Rəsulzadənin heykəlini ziyarət edib.
  • 31 may 2006-cı ildə Norveçin hakim partiyasının gənclər təşkilatının  Azərbaycanda səfərdə olan  nümayəndələri  ilə Dalğa Gənclər Hərəkatının üzvləri görüşüb. Görüşdə Azərbaycanda gənclər sektorunun inkişafı, demokratiya və insan haqlarının qorunması istiqamətində əməkdaşlıq məqbul hesab edilib.
  • 26 iyun 2006-cı ilə millət vəkili və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə görüş keçirilib. Görüşdə dünyada gedən proseslər və Azərbaycanın rolu, həmçinin ölkəmizin gələcəyi üçün Azərbaycan gəncliyinin əhəmiyyəti mövzusunda fikir mübadiləsi aparılıb.
  • 26 iyun 2006-cı ildə molla rejimi tərəfindən öldürülən Güney Azərbaycanda haqları uğrunda mübarizəyə qalxan yüzlərlə Azərbaycan türklərinin ruhunu yad etmək üçün Dalğa Gənclər Hərəkatının üzvləri Şəhidlər Xiyabanına gedərək, anım mərasimi keçirib.
  • 28 iyun 2006-cı ildə «Neft gəlirləri: şəffaflıq, ictimai nəzarətin təşkilində gənclərin rolu» mövzusunda konfransda Dalğa Gənclər Hərəkatının 32 üzvü istirak edib.
  • 7 iyul 2006-cı ildə BMM-də magistraturaya imtahan vermək istəyən oğlan bakalavrların qarşılaşdıqları problemlə bağlı cəmiyyəti məlumatlandırmaq məqsədi ilə mətbuat konfransı keçirilib.
  • 8 iyul 2006-cı ildə magistraturaya imtahan vermək istəyən oğlan bakalavrların qarşılaşdıqları problemlə bağlı Prezidentə, TDQK-ya, Təhsil Nazirliyinə və Hərbi Komissarlığa müraciət edilib. Müraciətdə problemin həlli üçün konkret addımların atılması tələb olunub.
  • 10 iyul 2006-cı ildə Təhsil Nazirliyinin qarşısında magistraturaya imtahan vermək istəyən oğlan bakalavrlara imkan yaradılması tələbi ilə aksiya keçirilib.
  • 12 iyul 2006-cı ildə ABŞ səfirliyində Dalğa Gənclər Hərəkatının rəhbərliyi ilə siyasi məsələlər üzrə səfirin müşaviri xanım Rebeka J.Naslınd və səfirliyin siyasi məsələlər üzrə mütəxəssisi Fəxri Abbasovla görüş keçirilib.
  • 13 iyul 2006-cı ildə saat 19:00-dan 20:30-dək «Kopellhouse»da (Alman-Azərbaycan mədəniyyət evi) Dalğa Gənclər Hərəkatının təşkilatçılığı ilə  «Sağlam Azərbaycan və dünya incəsənətinin mücərrəd vəhdəti» adlı gənc rəssamların sərgisi və gənc ifaçıların konserti olub.
  • 18 iyul 2006-ci ildə TQDK-nın qarşısında magistraturaya imtahan vermək istəyən bakalavrlara imkan yaradılması tələbi ilə piket keçirilib.
  • 19 iyul 2006-cı ildə köhnə «26-lar bağı», indi isə Sahil bağı adlanan parkın Demokratiya bağı adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə burada abidənin ucaldılması ilə bağlı Prezidentə, Bakı Şəhəri İcra Hakimiyyətinə və Səbail rayon İcra Hakimiyyətinə müraciət edilib.
  • 22 iyul 2006-cı ildə Dalğa Gənclər Hərəkatının sədri Ramin Hacılı və təşkilat məsələləri üzrə koordinator Ülvi Həsənli İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu ilə görüşərək, maarifçilik məqsədi ilə  mərkəzin materiallarının gənclər arasında yayılması üçün əməkdaşlıq etmək qərarına gəlinib.
  • 24-27  iyul 2006-ci ildə Təhsil Könüllüləri layihəsi çərçivəsində Gəncə şəhərinə səfər edilib. Səfərin ilk günü Açıq Cəmiyyət İnstitutunun yerli ofisində 68 gəncin iştirakı ilə seminar keçirilib. Səfərin ikinci günündə Milli Demokratiya İnstitutunun regional ofisində liderlik mövzüsunda seminar-treyninq keçirilib.
  • 1 avqust 2006-cı ildə Dalğa Gənclər Hərəkatı BMM-də bu günə qədər «Təhsildə rüşvətsiz 1 il» kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı media qarşısında hesabat verib və bundan sonrakı fəaliyyət istiqamətlərini açıqlayıb.
  • 1 avqust 2006-cı il Dalğa Gənclər Hərəkatının günü elan edilib və bu gün çərçivəsində gənclərlə bağlı müxtəlif əyləncəli tədbirlər həyata keçirib.
  • 3 avqust 2006-cı ildə Özbəkistanda qadın məsələləri ilə bağlı fəaliyyət göstərən QHT rəhbərləri ilə Dalğa Gənclər Hərəkatının Qadınlarla İş üzrə komissiyasının görüşü keçirilib.
  • 5  avqust 2006-cı ildə Dalğa Gənclər Hərəkatının geniş toplantısı keçirilib və toplantıda Hərəkatın rənginin qırmızı, simvolunun isə «qırmızı alma» olması qərara alınıb. Toplantıda 2 oktyabr 2006-cı ildə Dalğa Gənclər Hərəkatının qurultayının keçirilməsi qərara alınıb.
  • 27 avqust 2006-cı ilə Dalğa Gənclər Hərəkatı  7 nəfər üzvün iştirakı ilə «Təhsil Könüllüləri» layihəsi çərçivəsində Bərdə Şəhər Gənclər Mərkəzində 32 gəncin iştirakı ilə seminar keçirib.
  • Səfər zamanı  Bərdədə fəaliyyət göstərən və bu bölgədə ən aktiv gənclər təşkilatı olan    «Gələcəyə İnam» Gənclər İctimai Birliyi ilə görüş keçirilib, bundan sonra birgə əməkdaşlığın daha da dərinləşdirilməsi qərara alınıb.
  • 1 sentyabr 2006-cı ildə Dalğa Gənclər Hərəkatı sədri Ramin Hacılı istefa verib. Buna onun siyasi fəaliyyətlə məşğul olmaq istəyi səbəb olub.
  • 5 sentyabr 2006-cı ildə Dalğa Gənclər Hərəkatının Gəncədə yeri şöbəsi yaradılıb (Dalğa Gənclər Hərəkatının Gəncə regional ofisi). Ofisin rəhbəri Tərlan Əsgərov seçilib.
  • 6 sentyabr 2006-cı ildə Hərəkatın Bakıdan və Gəncədən olan 14 üzvü «Təhsil Könüllüləri» layihəsi çərçivəsində Qax rayonunda yerli gənclərlə görüş keçirib və gələcəkdə yerli ofisin yaradılması üçün hazırlıqlara başlanılıb.
  • 7 sentyabr  2006-cı ildə Zaqatalada səfərdə olan «Təhsil Könüllüləri» 52 gəncin iştirakı ilə Zaqatala Mədəniyyət evində seminar-treyninq təşkil edib.
  • 7 sentyabr 2006-cı ildə Hərəkatın 2 üzvü Balakənə gedərək, orada gələcəkdə seminar-treyninqin təşkil olunması üçün hazırlıq işləri görüb.
  • 11 sentyabr 2006-cı ildə Hərəkatın fəalları ABŞ səfirliyi qarşısında məlum 11    Sentyabr terror aktını pisləyən bəyanatla çıxış edib. Hərəkatçılar terror aktı nəticəsində dağıdılan «əkiz binaların» maketini səfirlik qarşısına qoyaraq, bu akt nəticəsində həlak olan insanların xatirəsini yad etmək məqsədi ilə əklil qoyub.
  • 12 sentyabr 2006-cı ildə Dalğa Gənclər Hərəkatı BMM-də «Təhsil Könüllüləri» layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barəsində ictimaiyyətə məlumat verib. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi ictimaiyyəti qurultaya hazırlıqla bağlı görülən işlər barəsində məlumatlandırıb. Mətbuat konfransında çıxışı zamanı Hərəkatın koordinatoru Rövşən Nəcəfov rüşvətə qarşı bundan sonra görüləcək işləri önə çəkib.
  • 17 sentyabr 2006-cı ildən etibarən Dalğa Gənclər Hərəkatının layihəsi olan «Alma» qəzeti nəşrə başlayıb. Məqsəd yeni düşüncə tərzini və gənc liderləri təqdim etmək, ölkənin aparıcı ictimai qəzetinə çevrilməkdir.
  • 2 oktyabr 2006-cı ildə Dalğa Gənclər Hərəkatının ilk qurultayı keçirilib. Qurultayda gizli səsvermə yolu ilə Hərəkatın yeni sədri Ülvi Həsənli, birinci mavini isə Turanə Rəsulova seçilib.
  • 3 oktyabr 2006-cı ildə qurultayın ikinci günündə koordinatorlar, komissiya rəhbərləri, ali məktəblər üzrə kuratorlar və nəzarət təftiş komissiyası formalaşdırılıb.
  • 17 oktyabr 2006-cı il Dalğa Gənclər Hərəkatı Ayaz Salayevin rejissorluğu və «İnternyus-Azərbaycan»ın təşkilatçılığı ilə çəkilmiş «O uzaq yaxın kənd» filminin nümayişini və müzakirəsini təşkil edib.  
  • 5-12 noyabr 2006-cı il Dalğa Gənclər Hərəkatı tərəfindən təhsil həftəsi elan edilib. Həftənin ilk  3 günü ali və orta məktəblərin həyətlərində, eləcə də şəhərin müxtəlif yerlərində gənclərə 50000-dən çox vərəqə paylanıb. Vərəqələrdə gənclər həftə sonunda əllərinə ağ kağız alaraq, şəhər gəzintisinə dəvət edilib.
  • 10 noyabr 2006-cı ildə «Təhsil haqqında qanun ictimai müzakirəyə çıxarılsın!» tələbi ilə Milli Məclis qarşısında aksiya keçirilib. Aksiya zamanı gənclər rəqs edib, kart oynayıbm. Bununla da təhsil qanunu olmayan ölkənin gələcəyi təsəvvür edilib.
  • 11 noyabr 2006-cı il şəhərın mərkəzində Dalğa Gənclər Hərəkatı təşkilatçılığı ilə əllərində ağ vərəq tutmuş gənclərin yürüşü olub. Bununla ictimaiyyətin diqqəti təhsildə qanun boşluğunun olmasına yönəldilib.
  • 22  noyabr 2006-cı ildə azad mətbuata təzyiqlərə son qoyulması tələbi ilə hərəkat fəalları aksiya keçirib. Aksiya zamanı «Azadlıq» qəzetinin binası simvolik olaraq yuyulub.
  • 24 noyabr 2006-cı ildə «Azadlıq» qəzetinin binasının əlindən alınmasına etiraz əlaməti olaraq, hərəkat fəalları kütləvi şəkildə məhkəmə qarşısında «Azadlıq» qəzeti oxumağa başlayıb. Aksiyaya polis müdaxilə edib və qəzetlər gənclərin əlindən alınıb.
  • 29 dekabr 2006-cı ildə «İnternyus Azərbaycan» Dalğa Gənclər Hərəkatı haqqında film çəkib.
  • 1-30 yanvar 2007-ci ildə Dalğa Gənclər Hərəkatı universitetlərdə imtahanların gedişini izləmişdir.
  • 10 yanvar 2007-ci ildən etibarən qiymətlərin Tarif Şurası tərəfindən qaldırılmasına və insanların sosial vəziyytinin pisləşməsinə etiraz  olaraq, Dalğa Gənclər Hərəkatı virtual aksiyalara başlamışdır.
  • 12 fevral 2007-ci ildə Dalğa Gənclər Hərəkatının yaranmasının 2-ci ildönümü münasibəti ilə Jazz Centerdə tədbir keçirilmişdir.
  • 6 mart 2007-ci ildə Danimarka hökuməti tərəfindən hüquqları pozulmuş danimarkaları tələbələrin etiraz aksiyalarına dəstək məqsədi ilə Dalğa Gənclər Hərəkatı Avropa Evi, Avropa Şurası və ATET-in qarşısında aksiya keçirmişdir.  Aksiya iştirakçılarının əsas şüarları bunlar olmuşdur: “Biz Avropaya inteqrasiya edirik, bəs Avropa hara?”, “Gənclərin həbsinə son qoyun!”, “Gəncləri qocaltmayın”.
  • 16 aprel 2007-ci il Dalğa fəalları Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı bürosunun idarə heyyətinin üzvü Hadi Musəvinin Azərbaycandan İrana qanunsuz olaraq deportasiya edilməsinə etiraz əlaməti olaraq Daxili İşlər Nazirliyi qaşısında aksiya keçirmişdir. Aksiya iştirakçıları əllərini qandallayaraq üzərlərinə “Bizi də həbs edin”, “Bizi də İrana deportasiya edin”, “Hadi Musəvinin taleyi-???” və s. şüarları yazaraq DİN qarşısında düzülmüşlər.
  • 20 aprel 2007-ci ildə Dalğa Gənclər Hərəkatı Yasamal rayon məhkəməsi qaşısında “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaijan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi müdafiə məqsədi ilə aksiya keçirmişlər. Aksiyada dalğaçılar üzərində “Hakimlər, məhkəməyə vicdanınızla gəlin!”, “Mətbuata basqı şəxsi həyatımıza qəsddir”, “Qərəzsiz məhkəmə istəyirik!”, “Hakimə azadlıq!” və s. şüarlar yazılmış və mərhum jurnalist Elmar Hüseynovun şəkilləri olan köynəklər geyinib, əllərini bağlayaraq məhkəmə ədalətsizliyinə qarşı öz etirazlarını etmişlər. Bununla bərabər aksiya zamanı fəallar yerə qanlı əl maketi və qırıq qələm qoymuşlar.
  • 22 aprel 2007-ci ildə Dalğa Gənclər Hərəkatı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirmişdir. Tədbirdə korrupsiyanın inkişafı üçün təkliflər paketi və ağsaqqal idarə üsuluna keçmək üçün təkliflər paketi hazırlanmışdır.
  • 24 aprel 2007-ci ildə Dalğa Gənclər Hərəkatı Hadi Musəvi ilə bağlı BMT-yə müraciət etmişdir. Müraciətdə bildirilir ki, BMT İranda Hadi Musəvinin təhlükəsizliyinin təmin edilməsinə kömək etsin.
  • 14 may 2007-ci ildə Dalğanın təşkilatçılığı ilə hərəkat üzvlərinə qadın zorakılığı ilə bağlı 4 saatlıq seminar keçirilmişdir. Seminarda Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova və mərkəzin psixoloqu Azad İsazadə məruzəçi qismində iştirak etmişlər.
  • 18 may 2007-ci ildə Dalğa üzvləri “Azad qadın” heykəlinin qarşısında qadın zorakılığına etiraz olaraq aksiya keçirmişlər. Aksiyada hərəkatçılar əllərində “Azad qadın, azad ölkə”, “Mentalitet qadınları boğmasın!”, “Qadınlar hüquqarını bilsinlər!”, “Qadın alverçilərinə ən sərt cəza verilsin!”, kimi şüarlar olub və bir neçə gənc qız isə başına qəfəs keçirərək Azərbaycanda qadınların azad olmamasını göstərmişlər.
  • 17 iyun 2007-ci ildə Dalğa Gənclər Hərəkatı rəhbərliyi Filippindən Azərbaycana gələn hüquq müdafiəçisi Mary Jane Realla görüşmüşdür. Görüşdə azərbaycanlı və filippinli gənclərin ictimai-siyasi proseslərdəki rolu müzakirə olumuş və həmçinin iki ölkənin tələbələrinin inteqrasiyası üçün konkret işlərin görülməsi planlaşdırılmışdır.
  • 20 iyun-20 iyul 2007-ci il müddətində Təhsil Nazirliyinin “Qaynar xətt”inə Dalğa Gənclər Hərəkatının üzvləri könüllü şəkildə nəzarət etmişlər.
  • 1 iyul 2007-ci ildə Dalğa Gənclər Hərəkatının idarə heyyəti hərəkat daxilində müxtəlif klublar yaranması barədə qərar vermiş və qərara uyğun olaraq 15 iyul 2007-ci ildən  “Oxu klubu” və “Jurnalistika klubu” fəaliyyətə başlamışdır.
  • 22 iyul 2007-ci ildə Dalğa Gənclər Hərəkatı Mətbuat Günü münasibəti ilə Fəvvarələr meydanında 60-dan çox gəncin iştirakı ilə “Azad mətbuatı yaşadaq” şüarı ilə dinc aksiya keçirmişdir. Aksiyada hərəkat üzvləri heç bir şüar səsləndirmədən, bir yerdə dayanaraq və ya oturaraq müxtəlif qəzetlər oxumuşlar. Bununla hərəkatçıların məqsədi insanları azad mətbuata sahib çıxmağa təşviq etmək, həm də insanlarda oxu mədəniyyətinin formalaşmasına yardım etmə.
  • 1 avqust 2007-ci ildə Dalğa Gənclər Hərəkatı BMM-də “1 avqust - Dalğa Gənclər Hərəkatı günü” münasibəti ilə hesabat xarakterli konfrans keçirmişdir. Biz, həmin gün bayramlara ve istirahət günlərinə etiraz əlaməti olaraq daha çox fəaliyyət göstəririk. Həmin gün Demokratiya bağında kitab oxuma aksiyası keçirmişik. 
  • 17 avqust 2007-ci ildə “İnternyus Azərbaycan” Dalğa Gənclər Hərəkatı haqda 2-ci filmi çəkmişdir.
  • 1 sentyabr 2007-ci ildə bilik günü münasibəti ilə Dalğa Gənclər Hərəkatının geniş toplantısı keçirilmişdir. Toplantıda iştirakçılar tərəfindən 10 simvolik kitab müəyyənləşdirilmişdir.
  • 11 sentyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı ABŞ səfirliyi qarşısında “Terrora yox deyirik” şüarı ilə aksiya keçirmişdir. Aksiyada səfirlik qarşısına 11 sentyabr terror hadisəsi zamanı dağıdılmış “Əkiz bina“ların maketi və qərənfillər qoyulmuşdur. Aksiyaya müdaxilə edən polislər hərəkatçıları saxlayaraq 22-ci polis bölməsinə aparmışdır. ABŞ-ın Azərbaycandakı səfirinin müdaxiləsindən sonra gənclər sərbəst buraxılmışdır.
  • 19 sentyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının sədri Ülvi Həsənli nizamnaməyə uyğun olaraq qurultayın obyektiv keçirilməsi üçün istefa vermişdir.
  • 19 sentyabr 2007-ci ildə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmış və rəhbəri Səda Həsənova seçilmişdir.
  • 26 sentyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı üzvləri təhsildə islahatlar tələbi ilə Demokratiya bağından başlayaraq Nizami küçəsi boyunca ayaqyalın Nizami heykəlinə irəliləmişlər. Aksiyaya polisin müdaxiləsi olmasına baxmayaraq, bir qrup dalğaçı aksiyanı başa vura bilmişdir. Həmin gün 17 üzv saxlanılaraq 39-cu polis bölməsinə aparılmış, 2,5 saat orada saxlanıldıqdan sonra sərbəst buraxılmışlar. Sərbəst buraxılan gənclər, digər gənclərlə birlikdə aksiyaya davam etmişlər.
  • 28 sentyabr 2007-ci ildə Böyük Britanıyanın LİNKS beynəlxalq təşkilatı Dalğa GH-nin 30 üzvü üçün “Münaqişələrin tənzimlənməsi” mövzusunda seminar keçmişdir. Məruzəçi qismində təşkilat baş koordinatoru Denis Sammi çıxış etmişdir.
  • 2 oktyabr 2007-ci ildə dalğaçılar dahi rus yazıçısı Sergey Yeseninin doğum günü münasibəti ilə onun Mərdəkanda yerləşən “Nəbatat bağı”ndakı “Yeseninin xatirə muzeyini ziyarət etmişlər. Ziyarət zamanı hərəkatçılar sinələrinə Yeseninin şəkillərini vurmuş, onun şeirlərindən oxumuş və barəsində danışmışlar.
  • 8 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının II qurultayı keçirilmiş və Vəfa Cəfərova sədr seçilmişdir.
  • 10 oktyabr 2007-ci Dalğa Gənclər Hərəkatının II qurultayının II hissəsi keçirilmişdir. Bu hissədə koordinatorluqlar, komissiyalar, idarə heyəti və nəzarət təftiş komissiyası formalaşdırılmışdır.
  • 13 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının bir qrup üzvü Lənkərana səfər etmiş və orada cənub regional ofisini yaratmışlar.
  • 19 oktyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri eyni vaxtda, yəni saat 15:00-da Türkiyə və ABŞ səfirlikləri qarşısında aksiya keçiriblər. Buna səbəb ABŞ Konqressinin Beynəlxalq Əlaqələr Palatasının “qondarma erməni soyqırımını” tanıması olmuşdur. Hərəkat üzvləri əllərində ağ göyərçinlər, şarlar, dostluq və barışı ehtiva edən plakatlar qaldırmışlar
  • 4 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı İdarə Heyətinin növbəti toplantısında “Açıq Hava” teatrı təsis edilmişdir.
  • 12-18 noyabr 2007-ci il aralığında Dalğa Gənclər Hərəkatı “Ekologiyamızı və tarixi abidələrimizi qoruyaq” kampaniyası çərçivəsində “Mənim şəhərim” həftəsinə başlamışdır.
  • 12 noyabrda Hərəkat üzvləri 1000-dən çox “Ekologiyamızı və tarixi abidələrimizi qoruyaq” çağırışı olan vərəqələri şəhər əhalisi arasında paylamışdır
  • 13 noyabr 2007-ci ildə Dalğaçılar “Tramvaya abidə qoyaq” aksiyası keçirmişlər
  • 14 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı paytaxtda ağacların kəsilməsi və yerində dekorativ bitkilərin əkilməsinə etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarşısında aksiya keçirib. Aksiya iştirakçıları yaşıllıqların qırılmasına etirazlarını dekorativ bitkilərin dibinə su tökməklə bildiriblər. Piketçilər su vedrələrini BŞİH əməkdaşlarına vermək istəyəndə isə polis 10 aksiya iştirakçısını saxlayıb. Saxlananlar Səbail Rayon 9-cu Polis Bölməsinə aparılıb. Dalğaçılar 3 saat saxlandıqdan sonra sərbəst buraxılıblar
  • 15 noyabr 2007-ci ildə Hərəkat üzvləri “Ekologiyamızı və tarixi abidələrimizi qoruyaq” çağırışı olan 4000-dən çox vərəqəni şəhər əhalisi arasında paylamışdır.
  • 16 noyabr 2007-ci ildə “İçəri şəhər bizimdir” şüarı ilə özlərini Qız Qalasına zəncirləmiş və bununla da İçəri Şəhərin sökülməsinə etirazlarını bildirmişlər. Dalğaçılara qarşı zorakılıq törədən polis 11 hərəkat üzvünü saxlamışdır. 3 saatdan çox Səbael rayon 9-cu bölmədə saxlanan üzvlər, şifahi xəbərdarlıqdan sonra sərbəst buraxılmışlar.
  • 16 noyabr 2007-ci ildə Hərəkatçıların saxlandığı zaman Dalğaçılar 9-cu bölmənin qarşısında “Gənclərə azadlıq” , “İçəri Şəhərə Azadlıq” şüarları ilə aksiya keçirmişlər.
  • 23 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının Demokratiya (Sahil) bağında “Açıq Hava Teatrı”nın ilk tamaşasını səhnələşdirmişlər. 10 dəqiqə davam edən ilk tamaşada Azərbaycanın imicinin aşağı düşməsinə səbəb olan və jurnalistlərin həbsi ilə nəticələnən məhkəmə qərarlarına etiraz edilmişdir.
  • 28 noyabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri velosiped yollarının salınması və ictimaiyyəti ekoloji cəhətdən daha təmiz olan velosipedlərə üstünlük vermələrinə təşviq etmək məqsədilə “Velosiped” aksiyası keçirmişlər. Aksiya zamanı 6 nəfər Dalğaçı saxlanmış, 2 üzv isə aksiyanı davam etdirmişdir. Digər aksiya iştirakçılarını zərərləşdirmək məqsədilə polis şəhərin mərkəzində olan velosipedləri müsadirə etmişdir. Saxlanılan Hərəkatçılar 6 saatdan çox bölmədə qalmış, hüquq müdafiəçiləri, vəkillər, ictimaiyyətin tanınmış nümayəndələri və beynəlxalq təşkilatlarının təzyiqlərindən sonra sərbəst buraxılmışlar.
  • 8 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkellə görüşüblər. Görüşdə Azərbaycanda gənclər sektorundakı durum, tələbələrin əsas problemləri, o cümlədən DALĞAnın gördüyü işlər və üzləşdiyi problemlər müzakirə olunub.
  • 9 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının 3 üzvü Azərbaycanda keçirilən “Beynəlxalq İnsan Haqqları Konfransı”nda iştirak etmişlər. Konfransda Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərova gənclərin problemləri ilə bağlı məruzə etmişdir.
  • 9 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının təşkilatçılığı ilə Ələt çölündə «Yaşasın azad Azərbaycan çölləri!» şüarı altında insanların sərbəst toplaşmaq hüquqlarının pozulmasına etiraz olaraq aksiya keçirilib. Təxminən 70 nəfərlik aksiyada iştirakçılar əllərində «Azad fərd, məsuliyyətli vətəndaş!», «Təhsildə rüşvət-gələcəkdə korrupsiyadır!» və «Biz terrora «yox!» deyirik!» sözləri yazılmış plakatlar tutublar.
  • 10-16 dekabr 2007-ci il aralığında olan müddəti Dalğa Gənclər Hərəkatı “İnsan Haqqları Həftəsi” elan etmişdir.
  • 10 dekabr 2007-ci ildə Hərəkatın mərkəzi ofisində Güney Azərbaycandan gəlmiş "Zeytoon" rock qrupunun iştirakı ilə müzakirə təşkil olunub, həmçinin qrupun insan haqqlarına həsr etdiyi musiqiləri dinlənilib.
  • 11 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının rəhbərliyi Avropa Evinin Bakı ofisində Dalğa Gənclər Hərəkatının rəhbərliyi ilə Avropa Evinin Koordinatoru xanım İnqrid Angela Qössingerlə görüş keçiriblər.
  • 11 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı ölkədə fəaliyyət göstərən bütün səfirliklərə və beynəlxalq təşkilatlara ölkəmizdəki insan haqqlarının vəziyyəti ilə bağlı məlumat göndərilib. Məktubda dünya demokratlarını azərbaycanlı həmfikirlərinə dəstək olmağa səsləyən Dalğaçılar, "dəstək" dedikdə konkret nəyi ifadə etdiklərini də aydın şəkildə göstəriblər: QHT-lərə beynəlxalq maliyyə dəstəyi; ölkəmizdə baş verənləri dünyaya çatdırmaq, demokratiyanın inkişafına intellektual dəstək və s.
  • 12 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının mərkəzi ofisində vəkil İsaxan Aşurovun iştirakı ilə «Hüquqlarımızı necə qorumalıyıq?» mövzusunda seminar keçirilib. Məruzəçi seminarda gənclərə polislə aksiyalar zamanı və bölmədə qanunauyğun necə davranmalarını izah edib.
  • 13 dekabr 2007-ci ildə hüquq müdafiəçisi Arzu Abdullayeva və Media Hüquqları İnstitutunun direktoru, hüquqşünas Rəşid Hacılının iştirakı ilə Hərəkatın mərkəzi ofisində «Dəyirmi masa» təşkil olunub. «Dəyirmi masa»nın mövzusu «İnsan Haqqlarının müqəddəsliyi» olub.
  • 14 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatı BMM-də "Biz susaqmı?" şüarıyla tədbir keçirib. Tədbir Artmob - tamaşa xarakterli. Tədbirdə iştirak edən gənclər iki hissəyə ayrılıb: "Susan gənclik" və "Susmayan gənclik". Əgər "Susan gənclik" zalda kart oynayıb, şit musiqiləri dinləyib, danışanlara, çıxış edənlərə mane olmaqla məşğul idisə, "Susmayan gənclik" Dalğanın gördüyü işlərdən, gəncliyə qarşı diskriminasiya siyasətindən, qadın problemlərindən və Azərbaycanda demokratiyanın inkişafı prosesində ortaya çıxan əngəllərdən danışıb və uyğun təkliflər veriblər.
  • 15 dekabr 2007-ci ildə Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın iştirakı ilə qadın alverinə yol açan səbəblər mövzusunda seminar keçirilib.
  • 16 dekabr 2007-ci ildə "Həmrəylik party"-si keçiriləcək. Party-də Azərbaycanda təhsil alan bütün xarici ölkələrdən tələbələrin iştirakı gözlənilir.Tədbir "Biz öncə insanıq!" şüarıyla keçirilib.
  • 24 dekabr 2007-ci ildə Dalğa Gənclər Hərəkatının fəalları Bakı Dövlət Universitetinin 5 nömrəli yataqxanada məskunlaşan və su qıtlığı yaşayan məcburi köçkünlərin problemlərini qabartmaq məqsədilə “Su şəffaflığın başlanğıcıdır” şüarı ilə aksiya keçirmişdir. Aksiya zamanı gənclər məcburi köçkünlərin su mənbəyi kimi istifadə etdikləri və yataqxanadan 300 metr uzaqlıqda yerləşən krandan su daşımışlar.
  • 14 yanvar 2008-ci ildə Dalğa Gənclər Hərəkatı RİA-Novosti İnformasiya Agentliyinin Konfrans zalında mətbuat konfransı keçirmişlər. Mətbuat konfransında təhsilini davam etdirmək üçün Gürcüstana gedən Vəfa Cəfərovanı onun olmayacağı müddətdə əvəz edəcək Araz Qasımov ictimaiyyətə təqdim olunmuş, eləcə də Hərəkatın 2008-ci il üçün seçilmiş strategiyası cəmiyyətə açıqlanmışdır.
  • 25 yanvar 2008-ci ildə Dalğa Gənclər Hərəkatı Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı Prezidentə müraciət ünvanlamışlar.
  • 30 yanvar 2008-ci ildə Dalğa Gənclər Hərəkatı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Rəsulzadə və Azərbaycan Xalq Cumhuriyyəti: Gələcək inkişafımızda hansı dəyərlərə istinad etməliyik?” mövzusunda tədbir keçirmişdir. Tədbirdə gənc ziyalılar və Dalğa Gənclər Hərəkatının media koordinatoru Rəsulzadənin adının əbədiləşdirilməsini vacib olduğunu çıxışlarında qeyd etmişlər.
  • 31 yanvar 2008-ci ildə Dalğa Gənclər Hərəkatının üzvləri Rəsulzadənin ad günü qeyd etmək məqsədi ilə şəhərin 7 müxtəlif yerində aksiya keçirmək qərarına gəlmişlər. Lakin, aksiyanın başlamasına bir neçə saat qalmış 3 nəfər hərəkatçının saxlanması, aksiyanın yalnız bir məkanda keçirilməsi zərurətini yaratmışdır. Aksiyada ümumilikdə 11 Hərəkat üzvü saxlanmışdır. Onlardan 8-i Məhkəməyə verilmiş və onlara 301 və 310-cu maddələrlə yazılı xəbərdarlıq olunmuşdur.
  • 1 fevral 2008-ci ildə Dalğa Gənclər Hərəkatın rəhbərliyi Böyük Britaniyanın Azərbaycandakı səfirinin Siyasi Məsələlər üzrə Müşaviri cənab Deklan Bön (Declan Byrne) ilə görüşüblər
  • 12 fevral 2008-ci ildə Dalğa Gənclər Hərəkatı “Jazz Center”də yaranmasının 3-cü il dönümü münasibətilə tədbir keçirmişdir.
  • 14 fevral 2008-ci ildə Dalğa Gənclər Hərəkatının rəhbərliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai Əlaqələr Şöbəsinin müdiri cənab Conatan Henik (Jonathan Henick) ilə görüşüblər


Şərh yazma qapalıdır.